ABA-nın nəzdində fəaliyyət göstərən Alternativ Bankçılıq Şurası tərəfindən ilk vebinar keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Alternativ Bankçılıq Şurası tərəfindən ölkədə İslam bankçılığının inkişafı və bu sahədə biliklərin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlərə start verilmişdir.
Bu çərçivədə, 22 aprel 2026-cı il tarixində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda İslam Bankçılığı: məlumat və sual-cavab” mövzusunda onlayn vebinar keçirilmişdir.

Vebinar zamanı iştirakçılar İslam bankçılığının əsas prinsipləri və fərqləndirici xüsusiyyətləri, beynəlxalq təcrübə və uğurlu tətbiq nümunələri, eləcə də Azərbaycanda bu maliyyə modelinin inkişaf perspektivləri barədə məlumatlandırılıblar.

Vebinarın spikerləri qismində Alternativ Bankçılıq Şurasının sədri Qorxmaz Ağayev, Şuranın katibi Nəriman İmranov, Şuranın üzvləri Anar Yusufzadə və Əhməd Niyazov çıxış edərək, İslam bankçılığı məhsullarını xüsusi tənzimləmə rejimində tətbiq edən və bunu hədəfləyən bankların 50-dən çox əməkdaşının suallarını cavablandırıblar.
Tədbir bank və maliyyə sektorunda fəaliyyət göstərən əməkdaşlar üçün alternativ maliyyə məhsulları üzrə biliklərin artırılması, praktiki təcrübənin genişləndirilməsi və fikir mübadiləsi baxımından faydalı platforma rolunu oynayıb. Bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Alternativ Bankçılıq Şurası Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 02 oktyabr 2025-ci il tarixli qərarı əsasında yaradılmışdır. Şuranın əsas məqsədi Azərbaycanda islam bankçılığı prinsiplərinə və beynəlxalq standartlara uyğun alternativ maliyyə fəaliyyətlərinin inkişafını dəstəkləmək və bu sahədə vahid yanaşmanın formalaşdırılmasını təmin etməkdir.

MÜDDƏT