3 iyul 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib.
Görüşdə Azərbaycanda yaşıl ipoteka məhsullarının inkişaf perspektivləri, xüsusilə Azərbaycan Respublikasının Yaşıl Taksonomiyasının qəbulundan sonra bu sahədə yaranan imkanlar və mövcud çağırışlar müzakirə olunub.
Müzakirələr zamanı yaşıl ipoteka məhsullarına bazar tələbi və onların inkişaf potensialı, məhsul dizaynı üzrə mümkün yanaşmalar, tətbiq prosesində yarana biləcək çətinliklər, məhsulların Azərbaycanın Yaşıl Taksonomiyası və yaşıl maliyyələşdirmə gündəliyi ilə uyğunluğu, eləcə də yaşıl mənzil maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübə və qabaqcıl yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.


