2 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.10.2021-ci il tarixli 306 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 11.3-cü bəndinə əsasən, icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların bütün növ bank hesablarının qalıqları barədə məlumatların (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı) icra məmurunun sorğusu əsasında əldə olunması ilə əlaqədar müvafiq informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasının və aralarında elektron məlumat mübadiləsinin təşkili üzrə hüquqi və texniki məsələlərin müzakirə edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosisasiyası (ABA) və Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsininmüvafiq nümayəndələri arasında görüş keçirilmişdir. Görüş zamanı informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı məsələlər,tələb olunacaq məlumatların alınma prosedurları, məlumatların ötürülməsi prosedurları, Əsasnamə ilə tərəflərin üzərinə düşən öhdəliklər müzakirə olunmuş, tərəfləri maraqlandıran suallara cavablar verilmişdir.

Digər xəbərlər
- Bakıda Alfa Pragmatic Fintech konfransı keçirilib: bank biznesinin inkişafında texnologiyaların rolu
- Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ARB 24 kanalında yayımlanan “İş vaxtı” verilişində çıxış edib
- Zakir Nuriyev Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında iştirak edib