29 sentyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Azərbaycan Kredit Bürosu (AKB) və ABA-nın nümayəndələrinin iştirakı ilə məsafədən verilən kreditlər üzrə yeni tələblərin tətbiqi məsələlərinə həsr olunmuş onlayn görüş keçirilib.
Görüşdə məsafədən verilən kreditlər üzrə özünəqadağa mexanizminin yaradılması və gözləmə müddətinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib.
Görüş çərçivəsində yeni tələblərin tətbiqinə hazırlıq vəziyyəti, praktiki icra ilə bağlı yanaşmalar, aydınlaşdırılması zəruri olan məsələlər və mümkün həll yolları ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar tərəfindən tətbiq prosesində yarana biləcək praktiki məsələlər diqqətə çatdırılıb, onların həlli ilə bağlı təkliflər səsləndirilib.
Görüş qarşılıqlı fikir mübadiləsi və sualların cavablandırılması ilə davam edib.
