“reTHINK RISK: Beyond the Boundaries” adlı Beynəlxalq Risk Forumu Euronews telekanalında işıqlandırılıb

Əlavə edilib:

ABB-nin təşkilatçılığı ilə keçirilən reTHINK RISK – Beyond the Boundaries Beynəlxalq Risk Forumuna dair videoicmal Euronews telekanalında yayımlanıb. Beynəlxalq media platformasında işıqlandırılan tədbir risklərin idarə edilməsi sahəsində qlobal tendensiyalara, maliyyə sektorunun üzləşdiyi yeni çağırışlara və dəyişən risk mühitində dayanıqlılığın təmin olunmasına diqqət çəkib.

Forum yerli və beynəlxalq ekspertləri, maliyyə institutlarının nümayəndələrini və sahə mütəxəssislərini bir araya gətirərək risklərin idarə edilməsi sahəsində aktual məsələlərin müzakirəsi, qabaqcıl təcrübələrin bölüşülməsi və yeni yanaşmaların nəzərdən keçirilməsi üçün mühüm platforma rolunu oynayıb.

Tədbir çərçivəsində qlobal iqtisadi və geosiyasi dəyişikliklərin maliyyə sektoruna təsiri, risklərin vaxtında müəyyənləşdirilməsi və qiymətləndirilməsi, maliyyə sabitliyinin qorunması, eləcə də innovativ texnologiyaların risk idarəetmə proseslərində tətbiqi kimi mövzular diqqət mərkəzində olub. İştirakçılar sürətlə dəyişən şəraitdə ənənəvi risk idarəetmə modellərinin yenilənməsinin, çevik strategiyaların hazırlanmasının və gələcək çağırışlara hazırlıqlı olmağın əhəmiyyətini müzakirə ediblər.

reTHINK RISK – Beyond the Boundaries forumu risklərə daha geniş perspektivdən yanaşmaq, mövcud çərçivələri yenidən nəzərdən keçirmək və maliyyə sektorunda dayanıqlı qərarların qəbuluna töhfə verən yanaşmaları müzakirə etmək baxımından əhəmiyyət daşıyıb. Tədbir, həmçinin beynəlxalq təcrübə mübadiləsinin və maliyyə sektorunun müxtəlif iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi üçün imkan yaradıb.

Forumun Euronews telekanalında işıqlandırılması tədbirdə müzakirə olunan mövzuların beynəlxalq auditoriyaya çatdırılması və risklərin idarə edilməsinin qlobal maliyyə gündəliyindəki əhəmiyyətinin ön plana çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq Risk Forumunun Euronews telekanalında yayımlanan videoicmalını təqdim edirik:

MÜDDƏT