21 may 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) arasında görüş keçirilmişdir.
Görüş zamanı Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin (ƏSTİB) sədri Mirzə Məmməd Vəliyev görüşün təşkilinə və əməkdaşlığa görə Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyevə öz təşəkkürünü bildirmişdir. Görüşdə hər iki ictimai birlik arasında birgə layihələrin təşkili, əlilliyi olan şəxslərin özünüməşğulluq proqramlarına cəlb edilməsi və onlara zəruri dəstəyin göstərilməsi imkanları müzakirə edilmişdir. Eyni zamanda bir müddət əvvəl açılışı olmuş Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) nəzdində fəaliyyət göstərən Paratrap Atıcılıq İdman növü üzrə Klub haqqında məlumat verilmiş, klubun gələcək fəaliyyətinə ABA üzvlərinin dəstək göstərməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılmışdır.


