Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

Əlavə edilib:

13-15may 2026-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illik ildönümünə həsr olunmuş banklararası şahmat çempionatı başa çatmışdır.

Nəticələrə əsasən şəxsi-komanda çempionatında  “ABB” ASC qalib gəlmişdir.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Yelo Bank” ASC və  “Ziraat Bank” ASC qərarlaşmışdır.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə “ABB” ASC-nin nümayəndəsi Rauf Hacılı  qalib gəlmişdir.

2-ci yeri “ABB” ASC-nin digər nümayəndəsi Rəsul Mənsimli qazanmışdır.

3-cü yerdə isə “Ziraat Bank” ASC-nin nümayəndəsi Elvin İsmayilov qərarlaşmışdır.

4-cü yeri “Yelo Bank” ASC -dən Elvin Cəfərov, 5-ci yeri “Turan Bank” QSC-dən Ruslan Əliyarov, 6-cı yeri ““Yelo Bank” ASC -dən Elvin Qafarlı, “Ziraat Bank” ASC-dən Qulam Məmmədov  8-ci yeri “ABB” ASC-dən  Rəsul Əfəndiyev qazanmışlar.

Bununla yanaşı, şəxsi-komanda çempionatında qadınlar arasında “Ən yaxşı qadın iştirakçı” adına “Unibank KB” ASC-ni təmsil edən Rəna Şahgəldiyeva layiq görülmüşdür.

Artıq 9-cu dəfə keçirilən və hər il böyük marağa səbəb olan çempionatda 13 bank üzvündən 50-yə yaxın nümayəndə iştirak etmişdi.

Qeyd edək ki, Çempionat Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan banklararası şahmat çempionatı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilməkdədir.

MÜDDƏT