ABA-nın Ekspert Qrupunun rəhbərliyi beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən İT və İT təhükəsizlik üzrə Ekspert Qrupunun rəhbərliyi  beynəlxalq sertifikata layiq görülüb.

Belə ki, İT və İT təhükəsizlik üzrə Ekspert Qrupunun nümayəndəsi İlqar Əliyev Blockchain Council Academy – nin Certified Blockchain Expert kursunu müvəffəqiyyətlə başa çatdıraraq CBE Beynəlxalq sertifikatını əldə edib.

Qeyd edək ki, Certified Blockchain Expert Blokçeyn texnologiyasını dərindən bilən və biznes üçün Blokçeyn əsaslı tətbiqlər yarada bilən mütəxəssisdir.

Xatırladaq ki, İlqar Əliyev 2006 – 2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daxili Audit departamentində İT üzrə böyük auditor və şöbə rəisi vəzifələrində çalışıb.

2013-cü ildən ölkənin bir çox təşkilatlarında, kommersiya banklarında, telekommunikasiya və sənaye müəssisələrində informasiya texnologiyaları üzrə beynəlxalq standartların tətbiqi, informasiya/kiber təhlükəsizliyinin qiymətləndirilməsi və nəzarətlərinin gücləndirilməsi üzrə layihələrə rəhbərlik edib. Əməliyyat risklərinin kompleks auditinin aparılması və təkmilləşdirilməsi üzrə kamillik modellərinin qurulmasının həyata keçirib. 2017-ci ildən Prima Konsaltinq şirkətinin İdarəçilik və İnformasiya Təhlükəsizliyi üzrə təcrübə rəhbəridir.

2006-cı ildən Beynəlxalq ISACA-USA assosiasiyasının üzvüdür.

MÜDDƏT