Azərbaycan Banklar Assosiasiyası (ABA) yaradılmasının 31-ci il dönümündə bank əməkdaşları üçün xarici ekspertlərin iştirakı ilə növbəti vebinarını təşkil etmişdir. 30 mart 2021-ci il tarixində insan kapitalı və faydaları, məsləhətçilik və komanda işi sahəsində təcrübəsi olan “Willis Towers Watson” şirkətinin dəstəyi və ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun təşkilati dəstəyi ilə ABA-ya üzv təşkilatlarının əməkdaşları […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir. Bu cür tədbirlərin davamı olaraq, ABA tərəfindən “Bankçılıqda vacib datalar və onların doğru analizi” adlı vebinar keçiriləcəkdir. Vebinar 17 mart 2021-ci […]
Məlum olduğu kimi, Azərbaycan Banklar Asossiasiyası tərəfindən bank əməkdaşları üçün xarici ekspertlərin iştirakı ilə davamlı olaraq vebinarlar təşkil edilir. 18 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Asossiasiyası tərəfindən “USABILITYLAB” şirkəti ilə birgə Azərbaycan bankları üçün “İstifadəçi Təcrübəsi” (UX) mövzusunda bu tədbirlərin davamı olaraq növbəti vebinar keçirilmişdir. Vebinarda maliyyə sektorunda istifadəçi təcrübəsinin necə dəyişdiyi müzakirə edilmiş, […]
16 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Asossiasiyasının təşəbbüsü ilə Rusiyanın Risklərin İdarəedilməsi Milli Mərkəzi tərəfindən vebinar keçirilmişdir. Vebinarda ilk öncə mərkəz haqqında qısa məlumat verilmiş, daha sonra borcalanların və tərəflərin maliyyə monitorinqinin avtomatlaşdırılmış sistemi, ticarət banklarında kredit təhlili və bal toplama prosedurlarının avtomatlaşdırılması kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. ABA-ya üzv bankların nümayəndələrinin də […]
Bildiyiniz kimi, Azərbaycan Banklar Assosiasiyası (ABA) 28-29 yanvar 2021-ci il tarixlərində FİNTEX SAMMİT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) adlı tədbiri təşkil edir. 27 yanvar 2021-ci il tarixində keçirilən “Azerbaijani Banks Cyber Security Review” vebinarı da Sammit çərçivəsində keçirilən bir neçə əlavə tədbirlərdən biri olmuşdur. Vebinar Deloitte şirkətinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Deloitte Baku Cyber komandasının […]