“İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu” və “Ödəniş sistemləri və Rəqəmsal Bankçılıq üzrə Ekspert Qrupu”nun görüşü keçirilmişdir

Əlavə edilib:

9 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Fərid Osmanov, ABA-nın “İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun sədri Cəlal Orucov, müavini İlqar Əliyev həmçinin “Ödəniş sistemləri və Rəqəmsal Bankçılıq üzrə Ekspert Qrupu”nun sədri Tamerlan Rüstəmovun, eyni zamanda ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və İcra Aparatının nümayəndələrinin iştirakları ilə onlayn görüş keçirilmişdir.

Görüş zamanı İT və İT təhlükəsizlik sahəsində həyata keçirilən cari və planlaşdırılan layihələr geniş müzakirə edilmişdir.

Eyni zamanda, görüşdə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən illik əsasda keçirilən Fintex Sammit və Beynəlxalq Bankçılıq Forumu çərçivəsində mütəmadi olaraq müxtəlif İT yarışların və digər əlaqədar tədbirlərin keçirilməsi də müzakirə mövzusu olmuşdur.

Müzakirə zamanı tərəflərin fikirləri və təklifləri dinlənilmiş, Ekspert Qrupları daxilində ümümiləşdirərək, cari lin ikinci yarısı üzrə qrupların müvafiq fəaliyyət plana daxil edilməsi və Rəyasət Heyətinə kommunikasiya edilməsi qərara alınmaşdır.

Bundan əlavə, həm Mərkəzi Bank, həm də digər dövlət qurumları ilə qarşılıqlı və sıx əlaqədə, baş verən müxtəlif kibertəhlükəsizlik və kibercinəyatkarlıq hallarının və insidentlərin vaxtında müəyyən edilməsi, sektor nümayəndələrinin məlumatlandırılması və digər aktual məsələlər də müzakirə mövzusu olmuşdur. Eləcə də, görüş zamanı Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov Mərkəzi Bank tərəfindən İT və İT təhlükəsizlik üzrə yeni standartların hazırlanması ilə əlaqədar görülən işlər haqqında məlumat vermiş və bu istiqamətdə geniş müzakirələr aparılmışdır.

Görüşün sonunda Fərid Osmanov bu kimi görüşlərin davam etdirilməsinin önəmli olduğunu vurğulamış, maliyyə sektorunun rəqəmsallaşması, əlaqədar xərclərin optimallaşdırılması, eləcə də kibertəhlükəsizliyin gücləndirilməsi bağlı istənilən təşəbbüslərin dəstəkləməsinə hazır olduqlarını bildirmişdir.

MÜDDƏT