“İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

Əlavə edilib:

2 iyun 2023-cü il tarixində “PAŞA Bank”ın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

Görüş çərçivəsində “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun Sədri, “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov görüş iştirakçılarına qrup haqqında təqdimat keçirmiş və daha sonra isə üzvlərinin gözləntilərini müəyyən etmişdir.

Müzakirə edilən məsələlər sırasında isə Ekspert Qrupunun əsas tərəfdaşlarının ikitərəfli gözləntiləri və hədəfləri müəyyən edilmiş və mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT