Xəbərlər

Müddət

Bankların HR sədrləri üçün təqdimat keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti bank sektorunda əmək haqqı səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə ABA üzvü olan banklar arasında əmək haqqı sorğusunun keçirilməsi ilə bağlı qərar verib. Hazırkı mərhələdə sorğunu keçirəcək şirkətin müəyyənləşdirilməsi üzrə işlər görülür. Bununla bağlı,  11 aprel 2017-ci il tarixində bankların İnsan Resursları departamentinin rəhbərləri və “HayGroup” şirkərinin nümayəndələri arasında görüş keçirilib.

ABA-nın İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupunun iclası keçirilib

12 may 2017-ci il Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun ilk iclası keçirilib. İclasda 26 may 2017-ci il tarixində keçiriləcək “Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi” adlı Konfrans ilə əlaqədar məsələlər müzakirə edilib,  fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin son qərarı ilə […]

“Uğura inan, öz biznesinə başla” kitabı UNEC tələbələrinə tanıdılıb

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə UNEC-in Karyera Mərkəzində “Uğura inan, öz biznesinə başla” adlı kitabının tələbələrə təqdim edilib və biznes fəaliyyətinə necə başlamaqla əlaqədar seminar keçirilib. Kitabın müəllifi bank-maliyyə sahəsində geniş təcrübəyə malik olan və hazırda “Rabitəbank” ASC-nin İdarə Heyətinin  müavini vəzifəsində çalışan Elşən Bədirxanovdur. Kitab kiçik sahibkarlıqla məşğul […]

“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar ABA-da iclas keçirilib

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib. İclasda “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi üzrə tələb olunan sənədlərin siyahısının standartlaşdırılması və nəzarət prosesi üzrə hazırlanmış tövsiyyələr müzakirə edilib. Qeyd edək ki, […]

“Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun iclası keçirilib

4 may 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclasda banklarda mühasibat uçotunun tənzimlənməsinə dair normativ qaydaların yenilənməsi ilə əlaqədar Ekspert Qrupunun üzvləri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) nümayəndələri arasında fikir mübadiləsi aparılıb. Sonda bankların məsələ ilə əlaqədar təkliflərinin  hazırlanaraq MBNP-na təqdim […]

MÜDDƏT