Xəbərlər

Müddət

“Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı KONFRANS keçiriləcək

5 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçiriləcəkdir. Tədbir ölkədə kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının təkmilləşdirilməsi üzrə səylərin tərkib hissəsidir. Bu sahədə islahatlar fiziki şəxlərə və şirkətlərə dövriyyədə olan mallar və avadanlıq kimi daşınar əmlaklara […]

“Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi” adlı Konfrans keçiriləcək

Bu ilin may ayında “Bank və Maliyyə bazarlarının kibertəhlükəsizliyi” adlı Konfransın keçirilməsi planlaşdırılır. BBN.az portalına Azərbaycan Banklar Assosiasiyasından (ABA) daxil olan məlumata əsasən,  konfransda bankların kibertəhlükəsizlik üzrə məsul şəxləri, departament direktorları, bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən dövlət qurumlarının və tərəfdaş kibertəhlükəsizlik şirkətlərinin  nümayəndələri iştirak edəcəkdir. Hazırkı mərhələdə konfransda tərəfdaş kimi çıxış etmək istəyən IT […]

Bayram günlərində fəaliyyət göstərəcək bankların siyahısı

Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günü ərzində ölkə vətəndaşlarının və turistlərin bank xidmətlərindən istifadəsini təmin etmək və valyuta mübadiləsində kəsintiyə yol verməmək məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın kommersiya bankının 100-ə yaxın filial və şöbəsi öz fəaliyyətini davam etdirəcəkdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə gücləndirilmiş iş rejimində çalışacaq filial […]

Nağdsız ödənişlər üzrə nominasiya müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə qabaqcıl texnologiyalara və proqram təminatlarına əsaslanan Milli Ödəniş Sisteminin yaradılması, beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi, iqtisadiyyatda nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması üzrə aidiyyatı hökumət orqanları və bank sektorunun aktiv iştirakı ilə müxtəlif layihələr və davamlı tədbirlər həyata keçirir. Həyata keçirilən bu layihələr çərçivəsində ödəniş infrastrukturunun əhatə dairəsinin innovativ […]

Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilmişdir

14 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlı Azərbaycan Banklar Assosiasiyasına  (ABA) üzv olan bankların sədrləri arasında növbəti görüş keçirilmişdir. Görüşdə bank-maliyyə sektorunun hazırkı vəziyyəti, mövcud çağırışlar və həlli yolları ilə əlaqədar fikir mübadiləsi aparılmış, bankların təklifləri dinlənilmişdir. Sektor üzrə mövcud trendlər haqqında danışan Rüfət Aslanlı çıxışı […]

MÜDDƏT