Xəbərlər

Müddət

“ABA”nın “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun iclası keçirilib

23 avqust 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclas zamanı Ekspert Qrupu üzvləri mövcud situasiya ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparıb və prudensial tələblər sahəsində yeniliklər və görülməli işləri müzakirə ediblər. Həmçinin iclasda “Kapital Bank”ın Müşahidə Şuasının sədri Cəlal Qasımov, “Accessbank”ın İdarə Heyətinin […]

“ABA” və “IFC” birgə konfrans keçirəcək

Azərbaycan Banklar Assosiasiyasından (ABA) BBN.az  saytına daxil olan məlumata əsasən, 14 sentyabr 2016-cı il tarixində ABA və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə təşkilatçılığı ilə “Azərbaycanda Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi” çərçivəində “Daşınar əmlakın yüklülüyü islahatı” adlı konfrans baş tutacaq. Konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə (təminatlı əqdlər) sahəsində islahata olan zəruriyyət, hazırlanmış qanun layihəsinin  […]

ABA ilə İFC və Creditinfo arasında görüş keçirilib

18 avqust 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və Gürcüstan, Qazaxıstan, Rumuniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edən və eyni zamanda onların əsas səhmdarı olan İsveç mərkəzli “Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşmüşdür. Görüş zamanı Azərbaycanda həmin büroların yaradılması […]

MBNP-nin DİREKTORLAR ŞURASININ SƏDRİ RÜFƏT ASLANLI BANK RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

17 avqust 2016-cı il, Bakı: Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar  Şurasının sədri Rüfət Aslanlının 17 avqustda bank rəhbərləri ilə görüşü keçirilmişdir. Görüşdə çıxış edən R. Aslanlı Azərbaycan iqtisadiyyatı və bank sektorundakı durum barədə məlumat verib. Həmçinin görüşdə həyata keçirilən nəzarət tədbirləri və yeni trendlər müzakirə edildi. Görüşün sonunda Azərbaycanda fəaliyyət göstərən bankların […]

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir

15.08.2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas çərçivəsində özəl kredit bürolarının yaradılması isə əlaqədar müzakirələr aparılmış, bu istiqamətdə görüləcək işlərlə bağlı ilkin fəaliyyət planı müzakirə edilmişdir. İclas zamanı bu bürolarla bağlı beynəlxalq təcrübəyə dair İFC tərəfindən təqdimat keçirilmişdir. Həmçinin iclasda gündəlikdə olan digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

MÜDDƏT