Xəbərlər

Müddət

“Ticarət və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir

26 iyul 2021-ci il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Ticarət və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş “Elektron Çek sistemləri”nin ölkədə tətbiqinə dair banklardan toplanmış rəy və təkliflərin müzakirəai aparıımışdır.  İclasda, həmçinin ABA-nın digər Ekspert Qrupunun nümayəndələri də iştirakı etmişdir.

Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarına dair İCMAL – 22.07.2021

Ötən həftə Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarını qeyd edirik. https://bilgiguvende.com/kisisel-verileri-telefon-hirsizligindan-koruma-rehberi-1/ https://bilgiguvende.com/abd-hukumeti-riski-azaltmak-icin-kaseya-siber-saldirisindaki-magdurlara-yardim-edecek/ https://bilgiguvende.com/sirket-yonetim-kurullarinin-fidye-yazilimi-saldirilari-oncesi-sormalari-gereken-5-kritik-soru/ https://bilgiguvende.com/ddos-saldirilari-%100-artarken-10-tbps-saldiri-riski-de-artiyor/ https://bilgiguvende.com/arastirma-oltalama-saldirilari-agirlikli-olarak-it-saglik-ve-uretim-sektorlerine-duzenleniyor/

Dövlət Vergi Xidmətinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə keçirdiyi görüşlər davam edir. Növbəti belə tədbir Azərbaycan Banklar Assosiyasiyasının və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti baş idarəsinin […]

“Bankçılıqda süni intellekt transformasiyası” mövzusunda vebinar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir. Bu cür tədbirlərin davamı olaraq, 14 iyul 2021-ci il tarixində “BeyondMinds’ technology” şirkəti tərəfindən “Bankçılıqda süni intellekt […]

Bank əməkdaşları üçün “Negative responses” mövzusunda vebinar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) beynəlxalq maliyyə institutları ilə birgə bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərin həyata keçrilməsini davam etdirir. Bu istiqamətdə növbəti tədbir olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və  “Mastercard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən 14 iyul 2021-ci il tarixində “Negative responses” adlı vebinar keçirilmişdir. Vebinarda Murat Durmaz və Başak Göktürk təqdimatla çıxış […]

MÜDDƏT