Xəbərlər

Müddət

“100 yaşına qədər sağlam Yaşlanmağın Sirləri” adlı elmi-konfrans keçirilib

7 aprel 2023-cü il Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Liv Bona Dea Hospitalda “100 yaşına qədər sağlam Yaşlanmağın Sirləri” adlı elmi-konfrans keçirilib. Konfransı Liv Hospital Qrupun Koordinatoru Meri İstiroti açaraq, təşkilati dəstəyə və mövzunun ideyasına görə Konfederasiyanın prezidenti Məmməd Musayevə təşəkkürünü bildirib. Sahibkarların adından çıxış edən […]

Azərbaycan banklarının İstanbul səfəri baş tutub

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 3-6 aprel 2023-cü il tarixlərində ABA-nın “Xəzinədarlıq və Fondların İdarəedilməsi Ekspert Qrupu” üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin və ölkənin investisiya şirkətlərinin rəhbərlərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar təlimlərlə yanaşı, Türkiyənin aparıcı banklarının, eləcə də dünyanın […]

ABA-nın yeni yaranmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”na sədr təsdiqləndi

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında yeni yaranmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə ABB-nin Rəqəmsal Dələduzluqla Mübarizə üzrə qrup rəhbəri Cavidan Əfəndiyev təyin edilmişdir. Qeyd edək ki, yeni ekspert qrupu ABA-nın aktiv qruplarından olan “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert […]

ABA-nın yeni yaranmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na sədr təsdiqləndi

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında yeni yaranmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə “Kapital Bank” ASC-nin Hüquq Departamentinin direktoru Ələkbər İsmayılzadə təyin edilmişdir. Ələkbər İsmayılzadə Bakı Dövlət Universitetini bakalavr və magistr dərəcəsi üzrə bitirmiş, habelə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası […]

ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na yeni sədr təsdiqləndi

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə “Ziraat Bank Azərbaycan” ASC-nin Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Direktoru Hikmət Cəfərovun namizədliyi təsdiqlənmişdir. Karyerasına 2007-ci ildən “Bakı Fond Birjası”nda başlayan Hikmət Cəfərov, 2009-cu ildə “Yapı Kredi Bank Azərbaycan” QSC-də çalışmış, 2017-ci […]

MÜDDƏT