Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələrinin Əlil Təşkilatları İttifaqının (ƏTİ) səlahiyyətli şəxsi ilə görüşü barədə Ölkənin maliyyə tənzimləyici qurumu olaraq əlilliyi olan şəxslərə bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi AMB-ın diqqət mərkəzində duran məsələdir. AMB tərəfindən bu kateqoriyadan olan bank xidmətləri istehlakçılarına göstərilən xidmətləri təkmilləşdirmək […]
9 mart 2023-cü il tarixində maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının getdikcə yaxşılaşdırılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirildi. Orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının qorunması baxımından iqtisadiyyatın şaxələnməsi proseslərinin vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov […]
3 mart 2023-cü il tarixində Türkiyə İştirakçı Banklar Birliyi (Türkiye Katılım Bankaları Birliği – TKBB) nümayəndələrinin Bakıya səfəri çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ilə görüş keçirilmişdir. Görüş çərçivəsində iki ölkənin bankçılıq sektoruna dair vacib irəliləyişlər və ölkələr arasındakı İslam maliyyə sektorunun cari vəziyyəti və mümkün sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Qeyd […]
2 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri üzrə İşçi Qrupu”nun son zamanlar ödəniş kartları bazarında yayılan yeni fırıldaqçılıq həlli ilə bağlı görüşü keçirilmişdir. Görüş zamanı, yeni iş yeri ilə təmin edilmə, əlavə gəlir qazanılması adı altında kart istifadəçilərinin həm ödəyici, həm də vasitəçisi olaraq iştirak etdiyi […]
2 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə “Alternativ maliyyə və islam bankçılığı mühitinin Azərbaycan Respublikasında inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, cari dövrdə real […]