Xəbərlər

Müddət

ABA-nın Ekspert qrupu və DVX nümayəndələri arasında görüş keçirilib

21 fevral 2023-cü il tarixində  “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri və Dövlət Vergi Xidməti nümayəndələrinin iştirakı ilə birgə onlayn iclas keçirilmişdir. İclas zamanı “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanunun tələblərinin həyata keçirilməsi effektivliyinin artırılması, o cümlədən elektron ticarət fəaliyyəti həyata keçirən qeyri-rezidentlərlə əlaqədar bir sıra məsələlər müzakirə edilmişdir. Sonda bu istiqamətdə qarşılıqlı […]

Mərkəzi Bank və ABA-nın dəstəyi ilə “BS/2” şirkəti tərəfindən “Nağd pul dövriyyəsinin təşkili-2023” adlı seminar keçirilib

20 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) informasiya və təşkilati dəstəyi ilə Litvanın “BS/2” şirkəti tərəfindən “Nağd pul dövriyyəsinin təşkili-2023” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarının nümayəndələri iştirak etmişdir. “BS/2” şirkəti regionda nağd pulun idarəedilməsinə müasir yanaşmalardan danışıb və həyata keçirilmiş layihələrin real nümunələrini […]

Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Asiya İnkişaf Bankının (AİB) missiyası 13-17 fevral 2023-cü il tarixində İdarəetmə Risklərinin Qiymətləndirilməsi üzrə məsləhətləşmələr aparmaq üçün Azərbaycana səfər etmişlər. Səfər çərçivəsində 17 fevral 2023-cü il tarixində AİB-in Baş Dövlət İdarəçiliyi mütəxəssisi, missiya rəhbəri Xose Luis Syquian, Baş İqtisadiyyat mütəxəssisi Nail Vəliyev, AİB-in məsləhətçisi Dennis Lorne Nakarionun iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının “Risklərin idarə edilməsi […]

Azərbaycan Banklar Assosiasiyası ilə Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb

15 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyasının Baş direktoru Camal Saleh və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıb. Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, ümumilikdə bank sektorları arasında daha sıx işgüzar əlaqələrin qurulması, birgə təhsil və təlim […]

Ani Ödənişlər Sistemində fiziki şəxslərə təqdim edilən funksional imkanların təkmilləşdirilməsi məsələləri müzakirə olunub

16 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun bir sıra mütəxəssisləri arasında keçirilən görüşdə Ani Ödənişlər Sistemində fiziki şəxslər arasında bank hesabları vasitəsilə pul vəsaitlərinin köçürülməsi üzrə mövcud funksional imkanlar və onların təkmilləşdirilməsi istiqamətləri müzakirə edilmişdir. Qeyd edilməlidir […]

MÜDDƏT