Xəbərlər

Müddət

“Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir

26 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun “Zoom proqramı” üzərindən onlayn iclası keçirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin də iştirak etdiyi iclasda Ekspert Qrupu tərəfindən görüləcək işlər, qarşıya qoyulan məqsədlər və digər cari məsələlər müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası […]

“Bankçılıqda fırıldaqçılığın identifikasiyası, qarşısının alınması və aşkarlanması” adlı vebinar keçirilmişdir

25 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” və “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” üzvlərinin, eləcə də digər bank nümayəndələrinin iştirakı, “PAŞA Bank” ASC-nin dəstəyi ilə “Bankçılıqda fırıldaqçılığın identifikasiyası, qarşısının alınması və aşkarlanması” adlı vebinar təşkil edilmişdir. Vebinarda “PwC Türkiye”, “Akbank”, […]

ABA-nın prezidenti Zakir Nuriyev “Heydər Əliyev və Azərbaycan Sahibkarlığının İnkişafı” mövzusunda keçirilən konfransda çıxış edib

25 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan Sahibkarlığının İnkişafı” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, […]

ABA nəzdində fəaliyyət göstərən “Mərkəzləşmiş inkassasiya xidməti üzrə İşçi Qrupu”nun ilk iclası keçirilmişdir

19 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yeni yaradılmış “Mərkəzləşmiş inkassasiya xidməti üzrə İşçi Qrupu”nun ilk iclası keçirilmişdir. İşçi Qrupunun “Unibank” KB ASC-nin baş ofisində baş tutan görüşündə banklarda inkassasiya xidmətinin təkmilləşdirilməsi imkanları, inkassasiyaya aid sual və təkliflərin müzakirəsi aparılmışdır. Əlavə edək ki, ABA Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixli iclasında […]

ABA-nın Ekspert Qrupu və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri arasında görüş keçirilib

17 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) müvafiq rəhbər nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasının “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun üzvləri arasında görüş keçirilmişdir. Görüş zamanı ARMB notlarının investor bazasının genişləndirilməsinə dair məsələlər müzakirə edilmişdir. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları […]

MÜDDƏT