1 fevral 2023-cü il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir. İclas zamanı, “Korporativ İdarəetmə Standartları” ilə əlaqədar rəy və təkliflərin müzakirəsi, digər cari məsələlər üzrə görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır. Sözügedən layihə ilə bağlı ekspert qrupunun rəy və təklifləri icmallaşdırılaraq Mərkəzi Banka təqdim edilməsi […]
BBN.az Banklar və Biznes nəşrinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvü, rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə mütəxəssis İlqar Əliyev ilə müsahibəsi. Maliyyə institutları (banklar) kiber hücumların əsas hədəflərindən biridir. Məsələnin vacibliyini nəzərə alaraq maliyyə/bank sektorunda kibertəhlükəsizlik məsələsi haqda nə demək istərdiniz? Doğrudur, bu gün kiber hücumlarda əsas hədəflərdən biri […]
15 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan MR İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandum çərçivəsində regionda 2022-ci ildə aztəminatlı və həssas əhali qrupundan olan 50 nəfər özünüməşğulluq proqramına cəlb […]
26 yanvar 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun bankların rəhbər şəxslərindən ibarət olan üzvləri iştirak edib. İclasda bəzi qanunvericilik aktlarına təklif edilmiş dəyişikliklərin və digər cari məsələlərin müzakirəsi aparılmış, dəyişikliklərlə bağlı təkliflərin verilməsi qərara alınmışdır. Qeyd edək ki, Azərbaycan […]
24 yanvar 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında görüş keçirilib. Görüşdə ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev, layihələr üzrə meneceri Elçin Həsənov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavinləri – Zamin Hüseynov, Fərid Rüstəmov və Hüquq departamentinin rəhbəri Şükür Hüseynov […]