12 sentyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun bir neçə üzvü arasında görüş keçirilmişdir. İclas zamanı Mərkəzi Bankın operatoru olduğu Banklararası Kart Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. […]
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Banklar Assosiasiyası, BMT-nin Ətraf Mühit Proqramı və Türkiyənin Yapı Kredi Bankının təşkilatçılığı ilə görüş keçirilib. Görüşdə qeyd edilən qurumların səlahiyyətli nümayəndələri ilə yanaşı, Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının təmsilçiləri də iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd məsuliyyətli bank işi prinsipləri, məsuliyyətli investisiya prinsipləri və BMT-nin Davamlı İnkişaf Məqsədləri […]
9 sentyabr 2022-ci il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. İclas “Daxili audit üzrə Ekspert Qrupu”nun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlamışdır. İclas zamanı audit seçmələrinin aparılması meyarları, istifadə edilən alətlər, daxili auditin kənar qiymətləndirilməsi prosesi, daxili audit standartlarının Azərbaycan dilinə tərcümə edilmiş redaksiyası haqqında müzakirələr aparılmışdır. […]
Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılmışdır. Bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan […]
Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir. Bu məqsədlə Fond tərəfindən on min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlanılıb. Bu barədə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə məlumat verilib. Qeyd edilib ki, 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların […]