9 avqust 2022-ci il tarixində Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında onlayn görüş keçirilib. Görüş zamanı vergi borcları üzrə sərəncamların hesab üzrə icra edilməsi, müvafiq proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunmuş, tərəfləri maraqlandıran suallara cavab verilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis […]
04 avqust 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. İclas zamanı “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın yeni layihəsi ilə əlaqədar bankların rəy və təklifləri üzrə müzakirələr aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. […]
3 avqust 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında onlayn görüş keçirilib. Görüş çərçivəsində yerli banklar ilə Fond arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Fondun vəsaitləri hesabına biznes subyektlərinin maliyyələşdirməsi prosesinin təkmilləşdirilməsi məqsədilə irəli sürülən rəy və təkliflər müzakirə edilib. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı […]
27 iyul 2022-ci il tarixində, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Qlik Sense” şirkətinin birgə təşkilatçılığı ilə “Qlik ilə bank analitikası: hallar, memarlıq və məlumat strategiyası” mövzusunda vebinar keçirilmişdir. Vebinarda əsasən MDB banklarının praktiki “BI” keysləri (idarəetmə üçün analitika, pərakəndə biznes, risklər, rəqəmsal marketinq və tənzimləyicilər), analitik həll arxitekturasının qurulması, eləcə də bank daxilində “data-driven” strategiyanın […]
25 iyul 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. İclas zamanı “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın yeni layihəsi ilə əlaqədar bankların rəy və təklifləri üzrə müzakirələr aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis […]