19 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu Banklararası Kart Mərkəzinin fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşmə istiqamətləri və bu istiqamətdə bankların rəy və təklifləri detallı müzakirə edilmişdir. Həmçinin, bankomatlarda mövcud proqram təminatında müvafiq […]
Bildiyiniz kimi, son günlərdə ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikləri nəzərdə tutan “Əmək və Məşğulluq” altsisteminə (ƏMAS) keçid həyata keçirilir. Bununla əlaqədar olaraq 19 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri üçün bu sistemə daha rahat və vaxtında keçidin təmin edilməsi, keçid zamanı əməkdaşları maraqlandıran sualların operativ şəkildə cavablandırılması məqsədi ilə Dövlət Məşğulluq Agentliyinin […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun rəhbəri Qorxmaz Ağayev İctimai TV telekanalının “Sabaha saxlamayaq” verilişinin qonağı olub.
11-13 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb. Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “ABB” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb. Banklararası şahmat […]
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin bank hesabı ilə əlaqədar müddəalarına dəyişikliklər layihəsi (Layihə) təqdim olunmuşdur. 12 may 2022-ci il tarixində layihə çərçivəsində texniki infrastrukturun (texniki tələblərin) müzakirəsi məqsədilə Dövlət Vergi Xidməti nümayəndələri ilə bankların İT mütəxəssisləri və maliyyə-mühasibat işləri üzrə rəhbər şəxsləri arasında ilkin görüş keçirilmişdir.