14 noyabr 2022-ci ildə Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə Banklar Birliyinin dəstəyi ilə bankların kreditləşmə üzrə rəhbər şəxslərinin, o cümlədən ABA-nın “Kredit işi Ekspert Qrupu” üzvlərinin, həm təlim, həm də Türkiyənin aparıcı bankları ilə təcrübə mübadiləsi məqsədi ilə İstanbula səfəri başlamışdır. İlk gün ərzində ümumilikdə 44 nəfər olan […]
5 noyabr tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” ödəniş kartları bazarı üzrə yeni nəsil dəyişikliklərin tətbiq edilməsi ilə bağlı “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na təklif edilən əlavə və dəyişiklikləri müzakirə etmişdir. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ […]
05 noyabr 2022-ci il tarixində “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu” üzvlərinin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə “Mərkəzi Bankın yeni əməliyyat çərçivəsi” mövzusu müzakirə olunub. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının […]
4 noyabr 2022-ci il tarixində Türkdilli dövlətlərlə mövcud münasibətlərin iqtisadi baxımdan daha da dərinləşdirilməsi və bu əsasda maliyyə-bank sistemləri arasındakı əlaqənin genişləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb. İmzalanma mərasimindən sonra Şuranın ilk iclası keçirilib. İclas zamanı, Şuranın əsas prinsipləri, iş dili, prezidentin və vitse-prezidentin seçilməsi, icra ofisinin təşkili, icraçı katibin təyini və […]
4 noyabr 2022-ci il tarixində ABA-nın Rəyasət Heyətinin üzv banklarının rəhbər şəxsləri ilə J.P. Morgan investisiya bankının Bakıda səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilmişdir. Görüş zamanı nümayəndə heyətinə Azərbaycan bank sektoru haqqında məlumat verilmiş, ölkədə fəaliyyət göstərən banklarla J.P. Morgan arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən […]