14-23 Noyabr 2022-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun üzvü olan bank nümayəndələrinin Türkiyənin “Ziraat Bankası”-nda təcrübə mübadiləsi məqsədi ilə səfəri olmuşdur. Səfər zamanı bankın Daxili audit, Risklərin idarəedilməsi, Komplayens və Daxili nəzarət departamentləri ilə görüşlər keçirilmiş və geniş tərkibdə detallı iş mexanizmləri müzakirə olunmuşdur. Müzakirələrdə strukturların iş […]
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə bankların kreditləşmə üzrə rəhbər şəxslərinin, o cümlədən ABA-nın “Kredit işi Ekspert Qrupu” üzvlərinin həm təlim, həm də Türkiyənin aparıcı bankları ilə təcrübə mübadiləsi görüşlərinin təşkili məqsədi ilə İstanbula səfəri başa çatmışdır. Səfər çərçivəsində iştirakçılaraTürkiyə bank sektorundakı korporativ və pərakəndə bankçılıqda yeniliklər, […]
24-25 noyabr 2022-ci il tarixlərində, baş tutacaq “VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində həyata keçirilən yan tədbirlərdən növbətisi baş tutub. Azərbaycan Banklar Assosiasiyası və “LexisNexis Risk Solutions” şirkətinin birgə təşkilatçılığı ilə 23 noyabr 2022-ci il tarixində “Komplayns və risk üzrə dəyirmi masa” adı altında tədbir keçirilib. Tədbirdə “LexisNexis Risk Solutions” şirkətinin biznesin inkişafı üzrə regional meneceri […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) 24-25 noyabr 2022-ci il tarixində, “MasterCard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU keçirəcək. Forum çərçivəsində bir sıra yan tədbirlərin, vebinar, seminarların təşkili nəzərdə tutulmuşdur. Belə ki, 22 noyabr 2022-ci ildə Azərbaycan Banklar Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) banklar üçün “Dayanıqlı Maliyyə İmkanlarının Maksimallaşdırılması” mövzusunda hibrid seminar keçirmişlər. Seminarın […]
17 noyabr 2022-ci il tarixində, Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun onlayn iclası baş tutmuşdur. İclas çərçivəsində akkreditiv və qarantiyalarla əlaqədar hüquqi çərçivəyə müvafiq əlavə və dəyişikliklərin edilməsi üçün bankların rəy və təklifləri ətrafında fikir mübadiləsi aparılmış və digər cari məsələlər müzakirə edilmişdir. Qeyd edək ki, ABA 1990-cı […]