Xəbərlər

Müddət

“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası bu dəfə Xırdalanda keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə bugün “Access Bank”ın Xırdalan filialının qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib. Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib. Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir.

“Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası bu gün Müşfiqabad qəsəbəsində keçirilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları […]

Bank Ombudsmanı İkram Kərimov “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Bank Ombudsmanı İkram Kərimov Prezidentin 04 aprel 2022-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. İ.H.Kərimov uzun illər prokurorluq orqanlarında və məhkəmələrdə məsul işlərdə çalışmış, vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə fəxri ada, dövlət təltiflərinə və digər mükafatlara […]

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı qərara dəyişiklik edilib

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli […]

“E-KYC sistemi” barədə müzakirə aparılmışdır

“2021-2023-cü illər üçün Rəqəmsal Ödənişlər Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərdən biri də “öz müştərini tanı” siyasətinin effektiv təmin edilməsi məqsədilə “E-KYC sistemi”nin yaradılmasıdır. Bu tədbirin icrası çərçivəsində “E-KYC sistemi”nin müzakirəsi məqsədilə 1 aprel 2022- ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə birgə onlayn görüş keçirilmişdir. Görüş zamanı Mərkəzi Bank nümayəndələri tərəfindən “E-KYC sistemi”-nin ilkin […]

MÜDDƏT