Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun rəhbəri Qorxmaz Ağayev İctimai TV telekanalının “Sabaha saxlamayaq” verilişinin qonağı olub.
11-13 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb. Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “ABB” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb. Banklararası şahmat […]
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin bank hesabı ilə əlaqədar müddəalarına dəyişikliklər layihəsi (Layihə) təqdim olunmuşdur. 12 may 2022-ci il tarixində layihə çərçivəsində texniki infrastrukturun (texniki tələblərin) müzakirəsi məqsədilə Dövlət Vergi Xidməti nümayəndələri ilə bankların İT mütəxəssisləri və maliyyə-mühasibat işləri üzrə rəhbər şəxsləri arasında ilkin görüş keçirilmişdir.
Azərbaycanı təmsil edən məktəblilər 29 ölkənin 13-15 yaşlı şagirdlərinin iştirak etdiyi Avropa Pul Viktorinasında 9-cu yeri tutmuşdur. 10 may 2022-ci il tarixində maliyyə savadlılığının qiymətləndirilməsi məqsədilə təşkil edilən və ümumilikdə 13-15 yaşlı 50 min şagirdin iştirak etdiyi Avropa Pul Viktorinasının final mərhələsi keçirilmişdir. Final mərhələsi Avropa Banklar Federasiyası tərəfindən Kahoot! platformasında onlayn şəkildə təşkil edilmişdir. […]
Mayın 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri ilə görüşüb. Görüşdə ABA və DVX rəhbərliyi, həmçinin ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər. DVX rəisi bildirib ki, görüşün əsas məqsədi bank sektorunda qarşıya çıxan praktiki məsələlərin daha ətraflı müzakirəsi, vergi qanunvericiliyi və inzibatçılığının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq […]