8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Balans qadınlarla yaranır” adlı tədbir keçirilib. 2017-ci ildən etibarən keçirilən tədbir bu il də maraqlı olması ilə yadda qalıb. Tədbiri giriş sözü ilə açan ABA-nın İcraçı direktoru Yunus Abdulov tədbir iştirakçılarını təbrik edib və qadınların bank sektorundakı rolundan danışıb. Daha sonra tədbirin spikerlərinə […]
İslam İnkişaf Bankı (IsDB) Qrupunun özəl sektor üzrə törəmə qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Azərbaycan Banklar Assosiasiyası (ABA) 9 mart 2022-ci il tarixində birgə vebinar keçirib və Azərbaycanda fəaliyyət göstərən potensial banklar və qeyri-bank təşkilatları üçün konkret maliyyələşdirmə həllərinin yaradılmasına yönəldilmiş dayanıqlı alternativ maliyyələşdirmə alətləri üzrə yol xəritəsini müzakirə ediblər. […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində bir çox tədbirlər həyata keçirməkdə davam edir. Bu tədbirlərin davamı olaraq ABA-nın dəstəyi ilə “Fineksus-Ritmus” şirkəti tərəfindən 04 mart 2022-ci il tarixində “SWIFT Service Bureau Services” mövzusunda virtual dəyirmi masa keçirilmişdir. Qeyd edilən mövzuda şirkətin icra və dəstək direktoru Murat Kurtulmuş və həllər üzrə […]
01 mart 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu” üzvlərinin, həmçinin 03 mart 2022-ci il tarixində sözügedən qrup üzvləri ilə ABA-nın nəzdində fəaliyyət göstərən digər – “Xəzinədarlıq və Fondların idarə olunması Ekspert Qrupu” üzvləri arasında online görüş keçirilmişdir. Görüş zamanı yerli bankların xarici müxbir münasibətləri müzakirə edilmiş və bu […]
2 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.10.2021-ci il tarixli 306 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 11.3-cü bəndinə əsasən, icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların bütün növ bank hesablarının qalıqları barədə məlumatların (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı) icra məmurunun sorğusu əsasında əldə olunması […]