Xəbərlər

Müddət

“SWIFT Service Bureau Services” mövzusunda virtual dəyirmi masa keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində bir çox tədbirlər həyata keçirməkdə davam edir. Bu tədbirlərin davamı olaraq ABA-nın dəstəyi ilə “Fineksus-Ritmus” şirkəti tərəfindən 04 mart 2022-ci il tarixində “SWIFT Service Bureau Services” mövzusunda virtual dəyirmi masa keçirilmişdir. Qeyd edilən mövzuda şirkətin icra və dəstək direktoru Murat Kurtulmuş və həllər üzrə […]

ABA-nın Ekspert Qrupu üzvləri arasında görüş keçirilmişdir

01 mart 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu” üzvlərinin, həmçinin 03 mart 2022-ci il tarixində sözügedən qrup üzvləri ilə ABA-nın nəzdində fəaliyyət göstərən digər – “Xəzinədarlıq və Fondların idarə olunması Ekspert Qrupu” üzvləri arasında online görüş keçirilmişdir. Görüş zamanı yerli bankların xarici müxbir münasibətləri müzakirə edilmiş və bu […]

AMB, ABA və Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsi arasında onlayn formatda görüş keçirilmişdir

2 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.10.2021-ci il tarixli 306 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 11.3-cü bəndinə əsasən, icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların bütün növ bank hesablarının qalıqları barədə məlumatların (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı) icra məmurunun sorğusu əsasında əldə olunması […]

ABB-də mediatorlar üçün təlim keçirilib

Azərbaycan Banklar Assosisiasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurasının dəstəyi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin təşəbbüsü və təşkilatçılığı ilə mediatorlar üçün təlim təşkil olunub. Mövzu “Bankla müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” olub. Təlimdə 27 mediator iştirak edib. Təqdimatlarda müştərilərlə bağlanmış müqavilələrdən irəli gələn mübahisələrə diqqət yönəlib. Hesablaşmalar, kart əməliyyatları, İnternet Bankdan istifadə […]

“Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib

24 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib. İclas zamanı “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları” üzrə rəy və təkliflər, həmçinin gündəlikdə duran digər məsələlər müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın […]

MÜDDƏT