Fevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının nəzdindəki bank nümayəndələrindən ibarət Ekspert Qrupunun birgə iştirakı ilə görüş keçirilib. Görüşdə mərc oyunları ilə bağlı ölkə qanunvericiliyində aparılan son dəyişikliklər, dəyişikliklərin banklara aid olan müddəaları, habelə bununla bağlı yaranmış tələblərin bank sistemində düzgün tətbiqi məsələləri müzakirə olunub.
Fevralın 15-də Azərbaycan Mərkəzi Bankında (AMB) Türkiyə Respublikasının kənd təsərrüfatı sığortaları sistemi – TARSİM-in nümayəndə heyəti ilə Azərbaycan banklarının təmsilçilərinin görüşü keçirilib. Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə aqrar sahənin və regionların kreditləşdirilməsində fəal iştirak edən banklar təmsil edilib. Xatırladaq ki, TARSİM İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib. […]
10 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib. İclas zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası” ilə bağlı bankların rəy və təklifləri müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis […]