22 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “The Bank of New York Mellon”un nümayəndəsi Cihat Takunyaci ilə görüşüb. Görüş zamanı müxbir münasibətlərin qurulması, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
21 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun nümayəndələri ilə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) rəhbərliyi arasında onlayn iclas keçirilmişdir. İclas zamanı korporativ istiqraz bazarı və REPO əməliyyatlarında banklar tərəfindən investisiyaların artırılması, eyni zamanda bu istiqamətdə bankların xəzinədarlıq departamentinin qarşılaşdığı çətinliklərlə bağlı […]
Azərbaycan Banklar Assosiasiyasının eksperti Qorxmaz Ağayev İctimai TV telekanalında yayımlanan “Sabaha saxlamayaq” verilişinin qonağı olub. Qorxmaz Ağayevin İctimai TV telekanalında yayımlanan “Biznes Azərbaycan” verlişindəki çıxışını aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:
Azərbaycan Banklar Assosisasiyasının eksperti Rasim Xammədov 18 fevral 2022-ci il tarixində baş tutmuş “Whelp Networking Day” tədbirində “Rəqəmsal dövründə məsafədən xidmət və satış Texnikaları” mövzusunda təqdimatla çıxış etmişdir. Tədbirin təşkil olunmasında əsas məqsəd, Bankçılıq, Sığorta, Telekommunikasiya və Bank olmayan kredit təşkilatı (BOKT) nümayəndələrini bir araya gətirərək, şirkətin fəaliyyəti, platformanın üstünlükləri və məhsulları haqqında daha ətraflı […]
Fevralın 18-də Azərbaycan Respublikasının Milli Məclisinin dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Postpandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda Konfrans keçirilib. Milli Məclisin deputatlarının, dövlət və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə sahibkarlığın, o cümlədən KOB-ların inkişafı istiqamətində görülən […]