“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

19 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

Görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu Banklararası Kart Mərkəzinin fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşmə istiqamətləri və bu istiqamətdə bankların rəy və təklifləri detallı müzakirə edilmişdir. Həmçinin, bankomatlarda mövcud proqram təminatında müvafiq dəyişikliklərin aparılması zərurəti və digər cari məsələlərə toxunulmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT