Xəbərlər

Müddət

ABA və İqtisadi Zonaların İnkişafı Agentliyi arasında görüş keçirilmişdir

4 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və İqtisadi Zonaların İnkişafı Agentliyi arasında görüş keçirilmişdir. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev iştirak etmişdir. Görüş zamanı İqtisadi Zonaların İnkişafı Agentliyi ilə ABA-ya üzv olan banklar arasında əməkdaşlıq imkanları, birgə vebinar və görüşlərin […]

ABA-nın eksperti İlqar Əliyev beynəlxalq sertifikatla təltif edilmişdir

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik” üzrə ekspert qrupunun eksperti İlqar Əliyev Azərbaycanda ilk dəfə biznesin davamlığı üzrə beynəlxalq ISO (ISO 22301 Lead Auditor) sertifikatına layiq görülmüşdür. ISO 22301 standartları Şirkətlərin, Bankların Əməliyyat fəaliyyətlərinin və Rəqəmsal Biznes Proseslərin Dayanıqlığı qurulması, idarə olunması, nəzarəti və qiymətləndirilməsi kimi təşkilati-texnoloji tədbirləri əhatə edir.

ABA “ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında mükafatlandırılıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan […]

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupu” üzvləri Qalaaltıya səfər edib

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin 22-23 yanvar tarixlərində Qalaalti Hotel & Spa mərkəzinə səfəri təşkil edilmişdir. Rəqəmsal ödənişlərdə qlobal lider olan “Visa”-nın dəstəyi ilə baş tutan bu səfər zamanı təşkilat tərəfindən ölkədə fəaliyyət göstərən banklar rəqəmsal ödənişlərin inkişafı və stimullaşdırılması, innovativ ödəniş həllərinin tətbiqi, yeni nəsil […]

ABA-nın baş iqtisadçısı Əzizağa Haxverdiyev Mərkəzi Bankda baş tutmuş tədbirdə çıxış etmişdir

Ölkədə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin yüksəldilməsi, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə regionlarda maliyyə və ödəniş xidmətlərinin əlçatanlılığının artırılması istiqamətində tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır. Bu sahədə aparılan tənzimləmə və infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri ilə bərabər bank sektorunun və biznes icmasının cəlb edilməsi ilə davamlı […]

MÜDDƏT