Xəbərlər

Müddət

Qumar oyunları ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər müzakirə olunmuşdur

Qumar oyunları ilə bağlı ölkə qanunvericiliyində aparılan son dəyişikliklərlə bağlı 7 yanvar 2022-ci il tarixində ABA-nın Ödəniş Sistemləri və rəqəmsal bankçılıq, Hüquqi məsələlər, Komplayns üzrə Ekspert Qrup üzvlərinin birgə iştirakı ilə görüş keçirilmişdir. Görüşdə dəyişikliklərin banklara aid olan müddəalara, habelə onların tətbiqi məsələləri və açıq məsələlər müzakirə olunmuşdur.

“Azərbaycanda nağdsız ödənişlər üzrə bazar araşdırması”nın nəticələri bank nümayədələrinə təqdim edilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Visa Inc.” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanda nağdsız ödənişlər üzrə bazar araşdırması” aparılmışdır. Araşdırma seçilmiş 10 şəhər və rayonda kəmiyyət və keyfiyyət tədqiqat metodları əsasında fokus qrup müzakirələr və sorğular şəklində həyata keçirilmişdir. Sözügedən araşdırmanın nəticələrinin banklara təqdim edilməsi məqsədilə 24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi […]

İnnovativ yanaşmaların Azərbaycanda tətbiqi: Açıq Bankçılıq

Texnologiyaların inkişafı şəraitində klassik biznes-modellər qabaqcadan təxmin edilə bilməyən dəyişikliklərə məruz qalır. Rəqəmsallaşma istiqamətində ümumdünya tendensiyası bazarı xidmət və məhsullarını daha çox onlayn müstəviyə keçirməyə sövq edir. Bu cür şəraitdə ənənəvi bankçılığın da əlavə biznes modelləri yaranır – “bankçılıq platforma kimi” (banking as a platform, BaaP). Bu servis çərçivəsində banklar öz infrastrukturunu istehlakçılar üçün xidmətlərin […]

Azərbaycan Banklar Assosiasiyası və Aqrar Sığorta Fondu arasında görüş keçirilmişdir

23 dekabr 2021- ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Aqrar Sığorta Fondunun rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, eləcə də Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əli Əhmədov da iştirak etmişdir. Görüş zamanı aqrar sığortanın əahtə dairəsinin genişləndirilməsi perspektivi və […]

V BEYNƏLXALQ BANKÇILIQ FORUMU BAŞA ÇATIB

Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən ənənəvi “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” adı altında təşkil edilən “V Beynəlxalq Bankçılıq Forumu” uğurla başa çatıb. 08-09 dekabr 2021-ci […]

MÜDDƏT