21 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbər nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Risklərin İdarə Edilməsi üzrə” Ekspert Qrupunun onlayn formatda birgə görüşü keçirilmişdir. ABA-nın prezidenti Zakir Nuriyev və DVX-nın Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun iştirakı ilə keçirilən görüşdə Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilmiş, görüş […]
19 yanvar 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir. İclas “Daxili audit üzrə Ekspert Qrupu”nun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlamışdır. İclasın gündəliyində duran əsas məsələlər yeni kredit risklərinin idarəedilməsi (fraud hallar), xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılma qaydası […]
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə ölkə banklarını məlumatlandırmaq məqsədilə 18 yanvar 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Aqrar Sığorta Fondunun (ASF) birgə təşkilatçılığı ilə Fondda bank təmsilçiləri ilə görüş keçirilib. «Azərbaycanda aqrar sığorta məhsulları: aqrar sahədə risklərin sığortalanması və fermerlərin maliyyə əlçatanlığına aqrar sığortanın dəstəyi» adlı görüşdə Aqrar […]
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə Azərbaycanın əməkdar hüquqşünası, tanınmış vəkil İ.Kərimov “Türk dünyasına müstəsna xidmətlərinə və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə” “Fəxri professor” adına layiq görülüb. Qeyd edək ki, İkram Kərimov 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, […]
Qumar oyunları ilə bağlı ölkə qanunvericiliyində aparılan son dəyişikliklərlə bağlı 7 yanvar 2022-ci il tarixində ABA-nın Ödəniş Sistemləri və rəqəmsal bankçılıq, Hüquqi məsələlər, Komplayns üzrə Ekspert Qrup üzvlərinin birgə iştirakı ilə görüş keçirilmişdir. Görüşdə dəyişikliklərin banklara aid olan müddəalara, habelə onların tətbiqi məsələləri və açıq məsələlər müzakirə olunmuşdur.