23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2021-ci il üzrə fəaliyyətinə dair hesabatlarının təsdiqi və digər cari məsələlər daxil olmuşdur. Bundan əlavə Ümumi yığıncaqda “Bank Ombudsmanın Əsasnaməsi”nə müvafiq dəyişiklik edilmişdir. Belə ki, həmin dəyişikliyə əsasən, Bank Ombudsmanı tərəfindən baxıla biləcək şikayətlər 2 000 […]
23 fevral 2022-ci il tarixində Beynəlxalq Valyuta Fondunun Missiyasının nümayəndəsi Yizhi Xu ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” və “Kredit işi” Ekspert Qruplarının müəyyən üzvləri arasında onlayn görüş keçirilmişdir. Görüşdə kredit artımının drayverləri, COVID-in kredit keyfiyyətinə və gəlirliliyinə təsiri barədə müzakirələr edilmiş, həmçinin COVID-lə bağlı yardım tədbirlərinin genişləndirilməsinə dair fikir […]
22 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu” üzvlərinin “Bank of New York Mellon”-nun İstanbul nümayəndə heyətilə görüşü keçirilib. Görüş zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən Bankların hazırki vəziyyəti, Amerika Birləşmiş Ştatlarına aid banklar ilə müxbir əlaqələrinin qurulmasının qiymətləndirilməsi, müvafiq müxbir əlaqələrin qurulması üçün hazırda Bankların AML / Komplayns funksiyalarının […]
22 fevral 2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Banklar, Azərbaycan Fintex, Azərbaycan Mikromaliyyə, Azərbaycan Sığortaçılar və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında hər biri ilə ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb. Qarşılıqlı əməkdaşlığı nəzərdə tutan memorandumların imzalanmasında məqsəd ölkədə yüksək keyfiyyətli ekoloji […]
22 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “The Bank of New York Mellon”un nümayəndəsi Cihat Takunyaci ilə görüşüb. Görüş zamanı müxbir münasibətlərin qurulması, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.