Xəbərlər

Müddət

Bu gün ABA-nın yaranmasından 32 il ötür

Bu gün ABA-nın yaranmasından 32 il ötür. ABA hazırda ölkədə ən güclü ictimai birliklərdən biri hesab edilir. Bütün bu görülən işlər, əldə edilmiş nailiyyətlər üzvlərimizin, bankların rəhbərlərinin, Ekspert Qrupları üzvlərinin və digər nümayəndələrinin yaxından iştirakı və dəstəyi ilə mümkün olmuşdur. ABA-nın fəaliyyətinə göstərdiyiniz dəstəyə və diqqətə görə hər birinizə təşəkkür edirik və bundan sonra da […]

Avropa Pul Viktorinasına son qeydiyyat tarixi uzadılmışdır!

“Avropa Pul Viktorinası”nın milli mərhələsinin ilkin seçim turunun son qeydiyyat tarixi 03 aprel 2022-ci il tarixinə uzadılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Banklar Federasiyasının birgə təşkilatçılığı ilə 7 aprel 2022-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası”nın milli mərhələsinin seçim turu keçiriləcəkdir. “Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri […]

Avropa Pul Viktorinasına qeydiyyat başlamışdır!

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Banklar Federasiyasının birgə təşkilatçılığı ilə 7 aprel 2022-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası”nın milli mərhələsinin seçim turu keçiriləcəkdir. “Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli […]

ABA-nın təşkilatçılığı ilə “Balans qadınlarla yaranır” adlı tədbir keçirilib

8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Balans qadınlarla yaranır” adlı tədbir keçirilib. 2017-ci ildən etibarən keçirilən tədbir bu il də maraqlı olması ilə yadda qalıb. Tədbiri giriş sözü ilə açan ABA-nın İcraçı direktoru Yunus Abdulov tədbir iştirakçılarını təbrik edib və qadınların bank sektorundakı rolundan danışıb. Daha sonra tədbirin spikerlərinə […]

ICD və ABA birgə vebinarında Azərbaycanda mövcud alternativ maliyyələşdirmə aləti üzrə yol xəritəsi müzakirə olunub

İslam İnkişaf Bankı (IsDB) Qrupunun özəl sektor üzrə törəmə qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Azərbaycan Banklar Assosiasiyası (ABA) 9 mart 2022-ci il tarixində birgə vebinar keçirib və Azərbaycanda fəaliyyət göstərən potensial banklar və qeyri-bank təşkilatları üçün konkret maliyyələşdirmə həllərinin yaradılmasına yönəldilmiş dayanıqlı alternativ maliyyələşdirmə alətləri üzrə yol xəritəsini müzakirə ediblər. […]

MÜDDƏT