9 sentyabr 2022-ci il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. İclas “Daxili audit üzrə Ekspert Qrupu”nun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlamışdır. İclas zamanı audit seçmələrinin aparılması meyarları, istifadə edilən alətlər, daxili auditin kənar qiymətləndirilməsi prosesi, daxili audit standartlarının Azərbaycan dilinə tərcümə edilmiş redaksiyası haqqında müzakirələr aparılmışdır. […]
Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılmışdır. Bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan […]
Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir. Bu məqsədlə Fond tərəfindən on min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlanılıb. Bu barədə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə məlumat verilib. Qeyd edilib ki, 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların […]
Azərbaycan Banklar Assosiasiyası bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim artırılması üçün yerli və xarici təşkilatlarla birgə müxtəlif mövzularda seminarlar, vebinarlar və digər tədbirlər təşkil edir. Belə ki, 1 sentyabr 2022- ci il tarixində “NF Innova” şirkətinin təşkilati dəstəyi ilə “Azərbaycanda bankçılığın gələcəyi” adlı vebinar keçirilmişdir. Vebinarda şirkətin baş icraçı direktoru Qreqor Bierent […]
1 sentyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) “Daşınar əmlakın yüklülüyünə əsaslanan maliyyələşmə” layihəsinin komandası tərəfindən ABA-ya üzv bankların nümayəndələri üçün onlayn formatda vebinar təşkil edilmişdir. Vebinarın məqsədi hər iki qurum arasındakı əməkdaşlıq çərçivəsində daşınar əmlakın yüklü edilməsi, yüklülüyün açıqlanması, üstünlüyün müəyyən edilməsi, həmin əmlaka tutma yönəldilməsi ilə bağlı […]