24 iyun 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri arasında görüş keçirilmişdir. Görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov, BMqT-nin nümayəndələri – Məhəmməd İbrahimov, beynəlxalq ekspert Anna Proxorova, milli ekspertlər İlham Qafarov və Səbinə Tağıyeva iştirak edib. Görüş zamanı […]
Mərkəzi Bankın Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev “Qlobal inflyasiya prosesləri, əsas səbəblər və gözləntilər”mövzusunda sualları cavablandırıb: 2021-ci ilin ortalarından inflyasiya yüksəlməyə başlayanda buna ilkin olaraq təklifin qlobal daralmasından yaranan keçici qiymət artımı kimi baxılırdı. Lakin getdikcə vəziyyət bir qədər dəyişdi, hazırda inflyasiya qlobal səviyyədə daha yüksək və qalıcıdır. Bunun başlıca səbəbləri nədir? İnflyasiya […]
21 iyun 2022-ci il tarixində Şuşa şəhərində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri […]
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04/24 nömrəli qərarı ilə yeni “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” təsdiq edilmişdir. Qaydaların qəbul olunması ilə bank hesablarının açılması proseduru daha da təkmilləşdirilərək qabaqcıl tendensiyalara uyğun yanaşma seçilmişdir. 20 iyun 2022-ci il tarixində Dövlət Vergi Xidməti nümayəndələri ilə bank nümayəndələri arasında keçirilmiş görüşdə bank hesablarının açılmasına dair […]
16-17 iyun 2022-ci il tarixlərində, baş tutmuş FİNTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” çərçivəsində həyata keçirilən yan tədbirlərdən növbətisi baş tutub. Belə ki, 17 iyun 2022-ci il tarixində müştəri xidmətləri və çağrı mərkəzi texnologiyaları üzrə ixtisaslaşmış Genesys şirkəti ilə birgə təşkil edilən “Çağrı […]