Xəbərlər

Müddət

“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib

10 aprel 2020-ci tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib. İclasda koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimində bankların fəaliyyətinin hüquqi […]

“Premium Bank” yeni layihəyə start verib

Evdeqal.net layihəsi Premium Bank-ın sponsorluğu ilə Netgroup şirkəti tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq hazırlanıb istifadəyə verilib.​ Layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara […]

Özünüməşğulluq proqramına dəstək verən bankların sırası genişlənir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır. İlkin […]

“İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib

09 aprel 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT Təhlükəsizlik Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib. Görüşdə “İT və İT Təhlükəsizlik Ekspert Qrupu”nun sədri Cəlal Orucov ,  sədr müavini İlqar Əliyev , Mərkəzi Bankın nümayəndəsi Anar Quliyev və bankların rəhbər şəxslərindən ibarət Qrupun üzvləri iştirak edib. İclas zamanı pandemiya […]

MÜDDƏT