Xəbərlər

Müddət

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

25 iyun 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan qrupun üzvləri iştirak edib. İclasda banklar tərəfindən rəqəmsal və məsafədən bank xidmətlərinin göstərilməsinin sürətləndirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarına dair ümumiləşdirilmiş təkliflərin və […]

Azərbaycan Banklar Assosiasiyasının – MƏLUMATI

Məlum olduğu kimi hazırda bütün dünyada koronavirus (COVİD 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar olaraq, ölkəmizdə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq banklar yaranmış riskli şəraitdə vətəndaşlarımıza xidmət göstərməyə davam etmiş, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və AR Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, […]

Özünüməşğulluq layihəsi çərçivəsində banklar tərəfindən avadanlıqla təmin edilmiş şəxslərin sayı 100-ü ötüb!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır. Hazırda […]

Ödəniş kartının təhlükəsizliyinin qorumasına dair ABA-nın məlumatı-VİDEO

Qabaqcıl rəqəmsal ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi, ölkəmizdə də ödəniş kartları ilə elektron ticarət əməliyyatları inkişaf etməkdədir. Azərbaycan Respublikasının Mərkəzi Bankının açıqladığı statistik məlumatlara nəzər salsaq, 2019-cu il üzrə ölkədə ödəniş kartları ilə elektron ticarət əməliyyatları üzrə ümumi dövriyyə 2935 mln. manat təşkil etmişdir. 2016-cı illə müqayisədə əməliyyat həcmində 9 (doqquz) dəfə artım müşahidə […]

“Yapı Kredi Bankası Türkiye – pandemiya dövründə müştəri təcrübəsi və xidmət modeli” adlı vebinar keçirilib

18 iyun 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin dəstəyi ilə ABA-ya üzv bankların nümayəndələri üçün vebinar keçirilib. “Yapı Kredi Bankası Türkiye – pandemiya dövründə müştəri təcrübəsi və xidmət modeli” adlı vebinarda “Yapı Kredi Bankası”nın Rəqəmsal Bankçılıq üzrə Marketinq rəhbəri Esra Sennaroğlu təqdimatla çıxış edib. Həmçinin bankın marketinq departamentinin […]

MÜDDƏT