Xəbərlər

Müddət

“Azərbaycan Kredit Bürosu” MMC təsis edilib

20 dekabr 2017-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın Baş ofisində özəl kredit bürosunun yaradılması üzrə Təşəbbüs Qrupunun iclası keçirilib. İclas zamanı “Azərbaycan Kredit Bürosu” MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” […]

Bankların Marketinq və PR menecerləri görüşüb

15 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun görüşü olub. Görüşdə “Bankların maraqlarının toqquşmadıqları ümumi araşdırmaların bankların təklifi ilə səs çoxluğuna əsasən seçilmiş təşkilat tərəfindən ABA-nın təşkilati dəstəyi ilə həyata keçirilməsi”, “”Banklar və Biznes Qəzeti” (BBN) ilə əməkdaşlıq”, “Maliyyə Savadlığı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə görüşün […]

ABA-nın Ekspert Qrupu və ƏƏSMN arasında görüş keçirilib

13 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) ABA-nın nəzdində fəaliyyət göstərən “Tədris strategiyaları və insan resursları üzrə” Ekspert Qrupunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüşü keçirilib. Belə ki, görüşdə “Tədris strategiyaları və insan resursları üzrə” Ekspert Qrupunun sədri Aynur Süleymanova, Qrupa üzv olan digər bankların nümayəndələri və ƏƏSMN-nin səlahiyyətli nümayəndələri iştirak […]

“Blokçeyn texnologiyaları və kriptovalyutalar” mövzusunda seminar keçirilib

13 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Blokçeyn texnologiyaları və kriptovalyutalar” mövzusunda seminar keçirilib. ABA və Azərbaycan Bank Tədris Mərkəzinin təşəbbüsü ilə keçirilən seminarda ABA-ya üzv olan bankların nümayəndələri iştirak edib. Belə ki, seminarda “Blokçeyn texnologiyaları: istifadə təcrübələri və imkanları”, “Kriptovalyutalar və kriptoqrafiya”, “Bitkoin kriptovalyutası”, “Blokçeyn necə işləyir?” “Maining”, “Etherium və Ripple kriptovalyutası”, […]

ABA ilə Dünya Bankı arasında görüş olub

Dekabrın 12-də Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Dünya Bankının Nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, həmçinin, Dünya Bankının nümayəndələri Cigdem Aslan, Zsolt Bango və Phillip Anderson iştirak edib. Görüş zamanı qiymətli kağızlar bazarındakı vəziyyət, bankların […]

MÜDDƏT