Xəbərlər

Müddət

Zakir Nuriyev:”ABA SWIFT-lə əməkdaşlığın dərinləşməsində maraqlıdır”

29 sentyabr 2017-ci il tarixində “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyəti tərəfindən “Müştəri Təhlükəsizliyi Proqramı”  üzrə seminar keçirilib. Tədbirdə çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ödəniş sistemlərindən, onların inkişafının müsbət effektlərindən danışıb. Ödəniş sistemlərinin inkişafında bank sektorunun da əhəmiyyətini vurğulayan Zakir Nuriyev bankların son illərdə ödəniş infrastrukturunda, elektron bankçılıq xidmətlərinin həcmində, ATM və […]

ABA-da Kredit Qarantiya Mexanizminin tətbiqi məsələləri müzakirə olunub

28 sentyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Kredit işi və risk” üzrə Ekspert Qrupunun üzvlərinin ekspert Robert Leigh ilə görüşü keçirilib.  İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) təşəbbüsü ilə keçirilən görüşdə kommersiya banklarının nümyəndələri iştirak edib. Görüşdə Azərbaycanda Azərbaycanda Kredit Zəmanət Fondu yaradılması ilə əlaqədar araşdırmanın nəticəsi olaraq texniki-iqtisadi əsaslandırmaya dair təqdimat keçirilib. Bu mexanizmin Azərbaycanda […]

“SWIFT” İstifadəçilər Qrupuna yeni sədr seçilib

“SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun yeni sədri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Nahid Zeynalov seçilmişdir. 28 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbərinin və katibinin seçilməsi ilə bağlı tədbir keçirilib. Bank nümayəndələrinin iştirakı ilə keçirilən […]

Bank Ombudsmanı ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu arasında görüş keçirilib

21 sentyabr 2017-ci il tarixində Bank Ombudsmanı İkram Kərimov Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun inzibati ofisində fondun ölkə üzrə nümayəndəsi Eduard Şmitlə görüşüb. Görüşdə Bank Ombudsmanın katibliyinin və Fondun nümayəndələri iştirak edib. Görüşdə əvvəlcə İ.Kərimov tərəfindən Azərbaycanda yeni yaradılmış Bank Ombudsmanının fəaliyyəti, görülmüş işlər haqqında məlumat verilib, qarşıya qoyulmuş məqsədlərə nail olunması yolları müzakirə […]

II “BANKÇILIQ FORUMU” keçiriləcək

23-24 noyabr 2017-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adı altında II “Bankçılıq Forumu”nun keçirilməsi planlaşdırılır. Forumun məqsədi maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlığının daha da gücləndirilməsinə dair məsələlər, bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin […]

MÜDDƏT