Xəbərlər

Müddət

“Əmək haqqından kredit tutula bilərmi?” – ABA-nın Ekspert qrupu

Bir müddətdir mətbuatda yer alan “Əmək haqqından kredit tutula bilərmi?” sualına müxtəlif fikirlər yönəldildi. Bəziləri bu halın qanunsuz olduğu barədə idialar irəli sürdülər. Azərbaycan Banklar Assosiasiyasının Hüquqi məsələlər üzrə Ekspert Qrupu BBN.az saytının sorğusuna verdikləri açıqlamada bu suala tam aydınlıq gətiriblər. Məsələni tam şəkildə açıqlamaq üçün diqqətinizi bir neçə məsələyə yönəltmək istərdik. Bank hesabı və ya kredit müqaviləsinə […]

ABA-ya üzv bankların rəhbərləri BVF-nun missiyası ilə görüşüb

26 may 2016-cı il tarixində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbərləri arasında görüş keçirilib. ABA-nın yaydığı məlumata əsasən, Missiyaya Məhəmməd El Qorçi rəhbərlik edib. Görüş zamanı, bankların fəaliyyət göstərdiyi institusional mühit, borcvermə standartları, bankların restruktizasiyası, rəqabət mühiti, dollarlaşma və sair məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

ABA ilə IFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

23 may 2016-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Təminatlı Əqdlər (daşınar əmlakın yüklülüyü) sahəsində birgə fəaliyyətlə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Təminatlı Əqdlərdən istifadənin cari səviyyəsi ilə bağlı sorğunun keçirilməsi, bu sahədə islahatlara dəstək olmaq üçün konfrans və seminarların təşkili, “Təminatlı Əqdlər Haqqında Qanun”un layihə şəklində hazırlanaraq banklarla birlikdə […]

“Komplaynsla bağlı beynəlxalq tendensiyalar” adlı konfrans keçirilib

19 may 2016-cı il tarixdə Azərbaycan Banklar Assosasiyasının (ABA) təşkilatçılığı və Almaniyanın Fico Tonbeller şirkətinin dəstəyi ilə “Komplaynsla bağlı beynəlxalq tendensiyalar” adlı Konfrans  keçirilib. BBN.az-ın yaydığı məlumata əsasən, tədbirdə 31 bankın aidiyyəti bölmələrinin direktorları  iştirak edib. Konfransda “FİCO TONBELLER” şirkətinin baş direktoru Frank Holzenthal, regional direktoru Konstantin İvanov, eləcə də ABA-nın  “Çirkli pulların yuyulmasına qarşı […]

Avropa Banklar Federasiyasının iclası

Avropa Banklar Federasiyasının (ABF) assosiativ üzvlərinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən illik toplantısında Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı Direktoru Yunus Abdulov iştirak etmişdir. Tirana şəhərində keçirilən iclası Federasiyanın Baş katibi Vim Mijs açmış və iclas zamanı əsas müzakirə mövzuları Avropanın əlaqədar siyasi və tənzimləyici mühitindəki yeniliklər, ABF-nin strategiyası, kibertəhlüksizlik məsələləri, Avropa Pul Həftəsi (European Money […]

MÜDDƏT