Xəbərlər

Müddət

ABA ilə İFC və Creditinfo arasında görüş keçirilib

18 avqust 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və Gürcüstan, Qazaxıstan, Rumuniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edən və eyni zamanda onların əsas səhmdarı olan İsveç mərkəzli “Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşmüşdür. Görüş zamanı Azərbaycanda həmin büroların yaradılması […]

MBNP-nin DİREKTORLAR ŞURASININ SƏDRİ RÜFƏT ASLANLI BANK RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

17 avqust 2016-cı il, Bakı: Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar  Şurasının sədri Rüfət Aslanlının 17 avqustda bank rəhbərləri ilə görüşü keçirilmişdir. Görüşdə çıxış edən R. Aslanlı Azərbaycan iqtisadiyyatı və bank sektorundakı durum barədə məlumat verib. Həmçinin görüşdə həyata keçirilən nəzarət tədbirləri və yeni trendlər müzakirə edildi. Görüşün sonunda Azərbaycanda fəaliyyət göstərən bankların […]

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir

15.08.2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas çərçivəsində özəl kredit bürolarının yaradılması isə əlaqədar müzakirələr aparılmış, bu istiqamətdə görüləcək işlərlə bağlı ilkin fəaliyyət planı müzakirə edilmişdir. İclas zamanı bu bürolarla bağlı beynəlxalq təcrübəyə dair İFC tərəfindən təqdimat keçirilmişdir. Həmçinin iclasda gündəlikdə olan digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

“Kredit işi və risk üzrə” Ekspert Qrupunun iclası keçirilib

İclasda Mərkəzi Kredit Reyestrinin fəaliyyəti və yaradılması planlaşdırılan özəl kredit büroları haqqında fikir mübadiləsi aparılıb. Həmçinin, Ekspert Qrupunun üzvləri son dövrlədə bankların vəziyyəti ilə bağlı əhalinin düzgün məlumatlandırılmamasının yol aça biləcəyi riskləri müzakirə edib. Sözügedən risklərin azaldılmasına yönələ biləcək tədbirlər haqqında təkliflər irəli sürülüb. Əhaliyə yalnız dəqiq və əsaslandırılmış məlumatların çatdırılması üzrə işlər nəzərdən keçirilib. […]

Yay məktəbi

Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, AccessBank və Bakı Sığortanın dəstəyi ilə 7-10 yaşlı uşaqlar üçün “Bu günün qənaəti, sabahın təminatı” adlı yay məktəbi keçirilmişdir.  

MÜDDƏT