22 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə əməkdaşlığı çərçivəsində rəqəmsal ödənişlərdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin açıqlanması məqsədilə Gücləndirilmiş Müştəri Autentifikasiyasının (SCA) tətbiqi mövzusuna dair seminar keçirilmişdir. ABA-ya üzv bankların aidiyyəti sahə üzrə mütəxəssislərinin iştirak etdiyi seminarda […]
23 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun geniş tərkibdə növbəti görüşü “Unibank” KB ASC-də keçirilmişdir. Görüşün əsas müzakirə mövzusu rəqəmsal ödənişlərin inkişafına və tətbiq edilən xidmət, o cümlədən interçeync xidmət haqlarına birbaşa təsir göstərən və beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilən müxtəlif […]
22 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun “Zoom proqramı” üzərindən növbəti onlayn iclası keçirilmişdir. İclasda bəzi layihələrdəki tədbirlərlə əlaqədar qanunvericilikdəki maneələrin aradan qaldırılması istiqamətində üzvlərdən toplanılmış təkliflərin, əmlakın qiymətləndirilməsi ilə bağlı və digər cari məsələlərin müzakirəsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov rəqəmsal bankçılıq və ödəniş sistemləri sahəsinin bu günü və gələcəyi ilə əlaqədar “Personage Azerbaijan” kanalına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb. Təlimin açılış mərasimində çıxış edən Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva bildirib ki, ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası qaydasında kommersiya məhkəmələri […]