Xəbərlər

Müddət

ABA ilə Mediasiya Şurası arasında Memorandum imzalanmışdır

7 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mediasiya Şurası (Şura) arasında birgə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu ABA-nın Prezidenti Zakir Nuriyev və Şuranın sədri Nadir Adilov imzalamışlar. İmza mərasimində həmçinin Mərkəzi Bank, ABA və Mediasiya Şurasının nümayəndələrindən ibarət “Maliyyə Mübahisələri Komitəsi”nin üzvləri də iştirak etmiş, mübahisələrin alternativ həlli yollarından biri […]

“100 yaşına qədər sağlam Yaşlanmağın Sirləri” adlı elmi-konfrans keçirilib

7 aprel 2023-cü il Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Liv Bona Dea Hospitalda “100 yaşına qədər sağlam Yaşlanmağın Sirləri” adlı elmi-konfrans keçirilib. Konfransı Liv Hospital Qrupun Koordinatoru Meri İstiroti açaraq, təşkilati dəstəyə və mövzunun ideyasına görə Konfederasiyanın prezidenti Məmməd Musayevə təşəkkürünü bildirib. Sahibkarların adından çıxış edən […]

Azərbaycan banklarının İstanbul səfəri baş tutub

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 3-6 aprel 2023-cü il tarixlərində ABA-nın “Xəzinədarlıq və Fondların İdarəedilməsi Ekspert Qrupu” üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin və ölkənin investisiya şirkətlərinin rəhbərlərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar təlimlərlə yanaşı, Türkiyənin aparıcı banklarının, eləcə də dünyanın […]

ABA-nın yeni yaranmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”na sədr təsdiqləndi

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında yeni yaranmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə ABB-nin Rəqəmsal Dələduzluqla Mübarizə üzrə qrup rəhbəri Cavidan Əfəndiyev təyin edilmişdir. Qeyd edək ki, yeni ekspert qrupu ABA-nın aktiv qruplarından olan “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert […]

ABA-nın yeni yaranmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na sədr təsdiqləndi

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında yeni yaranmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə “Kapital Bank” ASC-nin Hüquq Departamentinin direktoru Ələkbər İsmayılzadə təyin edilmişdir. Ələkbər İsmayılzadə Bakı Dövlət Universitetini bakalavr və magistr dərəcəsi üzrə bitirmiş, habelə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası […]

MÜDDƏT