Xəbərlər

Müddət

“Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun növbəti onlayn görüşü keçirilmişdir

09 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun üzvləri və “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılov arasında onlayn görüş keçirilmişdir. Görüşdə ABA ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin tətbiqi üzrə layihə ilə bağlı […]

ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir

02 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirovun və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin də iştirak etdiyi iclasda yaşıl enerji layihələrinin maliyyələşdirilməsi imkanları barədə müzakirələr aparılmışdır. İclasda Mərkəzi Bankın nümayəndələri tərəfindən “Dayanıqlı Maliyyə üzrə […]

ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir – Foto

24-25 iyul 2024-cü il tarixlərində Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Türkiyə Banklar Birliyinin dəstəyi ilə ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. 30 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş 2 günlük səfər çərçivəsində aşağıdakı qurumların […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib – Foto

02 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. Görüşdə ekspertlərlə yanaşı Türkiyə Respublikasının AKBANK Təftiş Kurul Başkanı və Təftiş Kurulun digər rəhbər heyəti, o cümlədən görüşün ev sahibliyini edən YapıKredi Bankın idarəetmə orqanın rəhbərləri iştirak etmişdir. AKBANK Təftiş kurulunu təmsil edən heyət […]

“Banklarda ekoloji risklərin idarə edilməsi” üzrə təlimat sənədinin təqdimatına dair onlayn iclas keçirilib

06 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin təsdiq etdiyi “Banklarda ekoloji risklərin idarə edilməsi” üzrə təlimat sənədinin Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların aidiyyəti sahə üzrə nümayəndələrinə təqdimatına dair onlayn iclas keçirilib.  İclas zamanı təlimat sənədində qeyd edilən məsələlər ilə əlaqədar müzakirələr aparılıb.  Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə […]

MÜDDƏT