Xəbərlər

Müddət

ABA-ya üzv bankların iştirakı ilə “ABB-nin səhm emissiyasi” mövzusunda seminar keçirilib

12 iyul 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasına üzv bankların iştirakı ilə “ABB – İnvest” investisiya şirkətinin nümayəndələri tərəfindən  “ABB-nin səhm emissiyasi” mövzusunda seminar keçirilmişdir. Seminarın təşkilində əsas məqsəd “ABB” ASC səhmlərinin satışı prosesinə dəstək və yaranan sualların cavablandırılması olmuşdur. Seminarda, təlimçi qismində “ABB – İnvest” investisiya şirkətinin nümayəndələri Elçin Məmmədov, Aqşin Əzizov və Vüqar […]

ABA və DVX nümayəndələri arasında görüş keçirilmişdir

5 iyul 2024-cü il tarixində Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında onlayn görüş keçirilib. Görüş zamanı “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”na dəyişiklik edilməsi ilə əlaqədar müzakirələr aparılmış, tərəfləri maraqlandıran suallara cavab verilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya […]

“Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

4 iyul 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun nümayəndələri arasında onlayn görüş keçirilmişdir. Görüş zamanı Fatca /CRS tələbləri ilə bağlı təkliflər, hüquqi şəxslərin imza nümunələri ilə bağlı bankların üzləşdiyi, həmçinin HÖP heabatı ilə bağlı texniki olaraq yaranan kiçik çətinliklərlərlə əlaqədar məsələlər müzakirə edilmişdir. Görüşdə həmçinin borcalanın həyat və sağlamlığının itirilməsi […]

Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin İnkişafı Meneceri Nəriman İmranov beynəlxalq konfransda çıxış edib

4 iyul 2024-cü il tarixində məhşur dünya miqyaslı “Worldwide Expert Conferences Ltd” şirkəti tərəfindən təşkil olunmuş ənənəvi “Azərbaycan: Müxbir əlaqələr və ticarətin maliyyələşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi İslam Korporasiyasının və digər xarici qurumların ekspertlərinin də iştirak etdiyi konfransda Azərbaycan Banklar Assosiasiyasını təmsil edən Azərbaycan Bank Tədris Mərkəzinin […]

Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında görüş keçirilib

3 iyul 2024 il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında onlayn görüş keçirilmişdir. Görüşdə Mərkəzi Bankın “2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası”nda kapital bazarları üzrə müəyyən edilmiş istiqamətlər, bankların kapital bazarlarında iştirakı ilə bağlı aktual məsələlər və bu istiqamətdə kapital bazarının əsas infrastruktur qurumları olan Bakı Fond […]

MÜDDƏT