Xəbərlər

Müddət

ABA və Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb – Foto

31 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin sədri Ramiz Rzayev imzalayıblar. Tədbiri giriş sözü ilə açan Z.Nuriyev iki qurum arasında konstruktiv əməkdaşlığın qurulmasına  verdiyi dəstəyə görə Hakimlər İttifaqına, şəxsən cənab […]

Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirilib

Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən fiziki şəxslərə verilən kreditlərin həcminin davamlı artımı kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsini zəruri edib. Mərkəzi Bank kredit təşkilatları tərəfindən istehlak kreditləri üzrə xidmət olunan fiziki şəxslərin ödəmə qabiliyyəti və onların həyat risklərinə qarşı müdafiəsi məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Bu sahədə tənzimləmə çərçivəsinin inkişafı […]

ABA və UNESCAP arasında görüş keçirilmişdir

29 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”, “Kredit işi Ekspert Qrupu” üzvləri və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri arasında onlayn görüş keçirilmişdir. Görüş çərçivəsində Azərbaycanda Birbaşa Xarici İnvestisiyaları (BXİ) fəal şəkildə təşviq etmək üçün hərtərəfli fəaliyyət planını hazırlamaq, ölkə üçün […]

“Xüsusi tənzimləmə rejimi” ilə əlaqədar onlayn görüş keçirilib

27 may 2024-cü il tarixində Azərbaycanda tətbiq edilən “Xüsusi tənzimləmə rejimi” ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) nümayəndələrinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin, həmçinin bankları müvafiq sahə üzrə təmsil edən rəhbər nümayəndə/nümayəndələrin iştirakı ilə onlayn görüş keçirilib. Onlayn görüşdə xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərlə […]

ABA-nın əməkdaşı Beynəlxalq Maliyyə Korporasiyasının “ESG ToT” təlimində iştirak edib – Foto

22-24 may 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində İsveçrə höküməti tərəfindən dəstəklənən Beynəlxalq Maliyyə Korporasiyasının (International Finance Corporation – IFC) ESG (Ətraf mühit, sosial və idarəetmə) Standartları Proqramı çərçivəsində Avropa və Mərkəzi Asiya (regional) üçün nəzərdə tutulan Direktorlar Şurası üçün ESG və Dayanıqlılıq təlimçilər üzrə təlim (ESG ToT) proqramı keçirilmişdir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) aparıcı […]

MÜDDƏT